logo

telephone (+994 12) 511 11 50 square-facebook-24
cellphone (+994 50) 670 01 11 square-linkedin-24

Münasib qiymət

Ardıcıl tərcümə



Ardıcıl tərcümə — şifahi tərcümə növlərindən biridir. Bu zaman orator sözünü dayandırdıqdan sonra tərcüməçi tərcümə etməyə başlayır. Ardıcıl tərcümə adətən işgüzar danışıqlarda, kiçik seminarlarda, kiçik sayda iştirakçının olduğu “dəyirmi masaların” keçirilməsi zamanı, brifinqlərdə, mətbuat konfranslarında, təqdimatlarda, furşetlərdə, bayram tədbirlərində, ekskursiyalarda və nümayəndə heyətlərinin müşayiət edilməsi zamanı tələb olunur. Baku Translation şirkətində müxtəlif miqyaslı tədbirlərdə böyük iş təcrübəsi olan yüksək səviyyəli peşəkarlar işləyir.
Biz hər sifariş üçün mövzunu, spesifikanı və layihənin müddətini, keçirilmə yerini və tədbirin digər önəmli amillərini müəyyən edir və nəzərə alırıq. Baku Translation şirkətinin ardıcıl tərcümə sahəsində işləyən bütün tərcüməçiləri tematik istiqamətlərdə (iqtisadiyyat, hüquq, tibb və s.) ixtisaslaşır və yüksək peşəkar keyfiyyətlərə sahibdir.