Biznes tərcüməsi
Bütün dünyada yeni bazarlara daxil olmaq və ya beynəlxalq səviyyədə fəaliyyət göstərmək istəyən şirkətlər gündəlik fəaliyyətlərinin əsas hissəsi kimi biznes tərcümə xidmətlərindən istifadə edirlər. Şirkətlər başa düşürlər ki, onların fəaliyyət nəticələri və satışları xidmət və ya məhsullarının müştərilərə nə dərəcədə özünəməxsus və dəqiq şəkildə təqdim edilməsindən asılıdır.
Biznes tərcümə xidmətlərimiz marketinqdən maliyyə xarakterli tərcümələrə qədər bütün materialları əhatə edir. Biznes tərcüməsi ilə əlaqədar bütün ehtiyaclarınızın təmin edilməsi üçün hər sahədə mütəxəssislərimiz var. Sizin mətnlərinizi tərcümə etmək üçün təyin edilən tərcüməçilərin məhz həmin sahə, spesifik terminologiya və sizin sənədlərdə istifadə olunan üslub ilə ilə tanış olmalarını təmin edirik. Təqdim etdiyimiz xidmətlər sırasına tender materialları, təkliflər, kommersiya sənədləri, biznes yazışmaları, peşəkar məqalələr, sənədlər, müqavilələr, hesabatlar, balans hesabatları, protokollar, patent spesifikasiyaları, illik və rüblük hesabatlar, kompleks yoxlama hesabatları, illik hesablar üzrə hesabatlar, investor haqqında məlumatlar və s. daxildir. Beynəlxalq miqyasda inkişaf etmək üçün “Baku Translation” şirkətini seçməniz yüksək keyfiyyətli tərcümə xidmətlərinin təminatıdır. Tərcümə agentliyimizin biznes və marketinq sahəsinə diqqət yetirməsi şirkətinizin qlobal arenaya çıxmasına və beynəlxalq miqyasda rəvan və səmərəli fəaliyyət göstərməsinə köməklik edəcək. Biznes materiallarının tərcüməsi müxtəlif auditoriyaları hədəfə alan effektiv ismarışları düzgün və dəqiq şəkildə çatdırmalı və müəssisələrin dil problemlərinə və mədəniyyət fərqlərinə qarşı cavab verə bilmələrinə köməklik göstərməlidir. “Baku Translation” sizin çatdırmaq istədiyiniz ismarışların heç vaxt itməməsini və nəzərdə tutulan məqsədə uyğunlaşdırılmasını təmin edir. Tərcüməçilərimiz linqvistik cəhətdən səlis və texniki cəhətdən dəqiq tərcüməni təmin etmək üçün müxtəlif sahələr üzrə ixtisaslaşmış mütəxəssis dilçilərdir.