Hüquqi tərcümə
Hüquqi sənədlər bizim təhlükəsizliyimizi, əmin-amanlığımızı və müdafiəmizi təmin etmək üçün nəzərdə tutulur, buna görə də, keyfiyyətli hüquqi tərcümə, həyatımızın demək olar ki, bütün sahələrində mühüm əhəmiyyət kəsb edir.
Hüquqi sənədlərlə işləyərkən mütəxəssis tərcüməsi tələb olunur. Hüquqi sənədlərin tərcüməsi konkret terminologiya, dəqiqlik, aktuallıq, məxfilik və operativlik tələblərinə cavab verməlidir. Hüquqi sənədlərin formatları ayrı-ayrı ölkələrdə və yerli yurisdiksiyalarda geniş şəkildə fərqlənə bilər. Buna görə də, hüquqi tərcümə xidmətləri hüquqi termin və anlayışları bilən ixtisaslaşmış peşəkarlar tərəfindən yerinə yetirilməlidir. “Baku Translation” şirkətinin tərcüməçiləri bütün növ hüquqi sənədlərin tərcüməsi üzrə böyük təcrübəyə malikdirlər və hüquqi sənədlərin formatı, strukturu və terminologiyası, eləcə də bu sənədlərin hazırlanması və müxtəlif yurisdiksiyalara təqdim edilməsi üzrə tələblərlə tanışdırlar. Hüquqi sənədlər təhrifə və mənanın yanlış təfsirinə yol verilməməklə, hər zaman yüksək dəqiqliklə tərcümə edilməlidir.
- Müqavilə və razılaşmaların tərcüməsi;
- Qanun və qaydaların tərcüməsi;
- Təsis sənədlərinin tərcüməsi;
- Etibarnamələrin tərcüməsi;
- Məhkəmə sənədlərinin və sübutlarının tərcüməsi və s.
Standart tərcümələrlə yanaşı, notarial təsdiqlənən tərcümə xidmətləri də təklif edirik. Əgər şirkətinizinə aid sənədin, şəhadətnamənin, mühasibat balansının və ya müqavilənin rəsmi tərcüməsinin notarial təsdiqinə ehtiyacınız varsa, biz sizə bu işdə köməklik göstərə bilərik. Tələblər sənədin növündən, istifadə məqsədindən və hədəf ölkədən asılı olaraq geniş surətdə fərqlənə bilər. Əgər hüquqi tərcümə üzrə ixtisaslaşmış tərəfdaşa ehtiyacınız varsa və sadəcə olaraq, hüquqi sənədlərinizin sürətli, dəqiq və keyfiyyətli şəkildə tərcümə olunmasını istəyirsinizsə, bizimlə əlaqə saxlayaraq istəklərinizi bildirə bilərsiniz.