47 dildə tərcümə xidmətləri
Bakıda və Azərbaycanda
  • English
  • Russian
  • AZ
(+994 50) 670 01 11

Marketinq və Reklam Materiallarının Tərcüməsi

Marketinq və Reklam Materiallarının Tərcüməsi

    Qlobal marketinq və internet sayəsində bütün dünyada geniş auditoriya sizin məhsul və xidmətlərinizdən xəbərdar olacaq və buna görə də, marketinq və reklam tərcüməsi yeni bazarlara daxil olmaq və yeni müştərilər cəlb etmək üçün çox faydalıdır. Effektiv reklam mətnlərinin yazılması və marketinq materiallarının yaradılması xeyli vaxt və səy tələb edir, lakin məzmun düzgün tərcümə olunmadıqda, çatdırmaq istədiyiniz mesaj tərcümədə asanlıqla itə bilər. Marketinq və reklam mətnlərinin tərcüməsi texniki, tibbi və ya hüquqi tərcümə bacarıqlarından çox fərqlənən xüsusi bacarıqlar tələb edir. Mütəxəssislərimiz marketinq və reklam materiallarının tərcüməsi üzrə peşəkardırlar və mesajınızın hədəfə aldığınız bazara uyğun olmasını təmin edəcəklər. Bunun üçün mütəxəssislərimiz hədəf auditoriyanı və hətta onun istifadə etdiyi ünsiyyət tərzini yaxşı tanıyırlar. Marketinq və reklam mətnləriniz elə tərcümə olunur və yerli dilə elə uyğunlaşdırılır ki, həmin mətnlər dil daşıyıcıları üçün tərcümə kimi və ya qəribə səslənməsin. Marketinq və reklam mətnlərinin tərcüməsi mənbə dildə olduğu kimi təsirli və cəlbedici olmalıdır, ona görə də, bu mətnlər, sadəcə tərcümə edilməməli, həm də tərcümə olunduğu dildə yenidən yaradılmalıdır. Biz sözləri tərcümə etmirik, fikri çatdırırıq. Marketinq materialınızda effektiv ismarışların çatdırılmasını və hədəf bazarı cəlb etməsini təmin edəcəyik.

  • Məhsul broşüralarının tərcüməsi;
  • Reklam materiallarının tərcüməsi;
  • Tanıtım xarakterli materialların tərcüməsi;
  • Qablaşdırma paketlərinin tərcüməsi;
  • Press-relizlərin tərcüməsi;
  • Vərəqələrin tərcüməsi;
  • Bannerlərin tərcüməsi;
  • Xəbər bülletenlərinin tərcüməsi;
  • Kataloqların tərcüməsi;
  • Bloqların tərcüməsi;
  • Facebook və Instagram postlarının tərcüməsi.

Interested in the service "Marketinq və Reklam Materiallarının Tərcüməsi"?

Fill out the form and our staff will contact you shortly