47 dildə tərcümə xidmətləri
Bakıda və Azərbaycanda
  • English
  • Russian
  • AZ
(+994 50) 670 01 11

Redaktə

Mətnin redaktəsi və korreksiyası

    Kitab çapından veb-saytların yaradılmasına, məqalələrin yazılmasından sosial media postlarına qədər bir çox fəaliyyətlər üçün mətnlərlə işləyirsinizsə, redaktə və korreksiya sizin üçün vacib və zəruridir. Redaktə və korreksiya çox vaxt eyni mənada istifadə olunur, lakin fərqli proseslərdir. Redaktə sizin materialın keyfiyyətini yaxşılaşdırmaq, orfoqrafik, qrammatik və söz seçimindəki səhvləri düzəltmək üçün yerinə yetirilir. Material nə qədər güclü olsa da, oradakı hərf səhvləri, durğu işarələrinin qoyulmaması və ya diqqəti yayındıran ümumi üslub oxucunun diqqətinin mətnə yönəlməsini çətinləşdirəcək və həmin material oxucuya maraqlı olmayacaq. Redaktə və korreksiya sizin materialın layiq olduğu diqqəti cəlb etməsini təmin edəcək.

    Dilin daşıyıcıları olan redaktorlardan və korrektorlardan ibarət komandamız sizin mətninizdə durğu işarələri səhvləri, orfoqrafik və sintaktik səhvlər də daxil olmaqla qrammatik səhvlərin olmaması üçün yüksək keyfiyyətli redaktə və korreksiya xidmətləri təklif edir.

    “Baku Translation” şirkətində biz əvvəlcə mətni tərcümə edirik, sonra həmin mətnin mükəmməl olması, orfoqrafik səhvlərin düzəldilməsi və dilin üslubunun sizin tələblərinizə cavab verməsi üçün dilin daşıyıcısı olan mütəxəssis həmin mətndə düzəliş edir.

    Stilistik redaktə zamanı yanlış istifadə olunmuş sözlər düzəldilir və daha uyğun və üslubiyyət cəhətdən dəqiq sözlərlə əvəz edilir. Mətnin əsas ideyası dəyişməz olaraq qalır.

    Struktur baxımından redaktə daha əziyyətli hesab olunur. Burada hətta mətnin strukturu dəyişdirilə bilər.

Qrammatik səhvlərin düzəldilməsi və mətnin qrammatik, rəsmi, sintaktik və terminoloji baxımdan düzgünlüyünün təmin edilməsi.

Interested in the service "Redaktə"?

Fill out the form and our staff will contact you shortly