47 dildə tərcümə xidmətləri
Bakıda və Azərbaycanda
  • English
  • Russian
  • AZ
(+994 50) 670 01 11

Texniki tərcümə

Texniki tərcümə

Texniki tərcümə üçün sənədlərdə məhsulun xüsusiyyətlərini, funksiyalarını, quruluşunu, dizaynını, materiallarını və digər təfsilatlarını təsvir edən məlumatlar yer alır. Buna görə də texniki sənədlərin tərcüməsi, sadəcə tərcümə deyil və söz ehtiyatı, qrammatika və dil qaydalarına dair biliklərdən daha çox şey tələb edir. Texniki tərcümə, adətən öz sahəsində yüksək təcrübəyə malik peşəkarlar tərəfindən hazırlanmış xüsusi sənədləri əhatə edir. Beləliklə, texniki mətnin tərcüməsinin texniki işçilər, mütəxəssislər, son istifadəçilər, istehlakçılar və digər şəxslər tərəfindən aydın başa düşülməsi üçün tərcüməçidən mütəxəssis səviyyəsində dil bacarıqları ilə yanaşı, həmçinin mövzu və terminologiya üzrə üstün biliklər tələb olunur. Bəzən texniki sənədlərdə memarlıq və mühəndislik sxemləri, dövrə sxemləri, P&ID (boru və cihaz) sxemləri, HVAC (istilik, ventilyasiya və kondisioner sistemləri) sxemləri və avadanlıqların yerləşmə planları da daxil olmaqla, formatlaşdırma tələb edən texniki təsvirlər yer alır. Formatlaşdırma məqsədləri üçün, bizim şirkətdə sənədin yekun versiyasının istədiyiniz formatda tərtibatını təmin edən dizaynerlərdən ibarət komanda fəaliyyət göstərir. Tərtibat üzrə dizaynerlərimiz Adobe Illustrator, Adobe Photoshop, CorelDraw, Adobe InDesign və AutoCAD kimi müxtəlif tətbiqi proqramlardan istifadə edirlər.
    “Baku Translation” sayəsində sənədinizin etibarlı əllərdə olduğundan əmin ola bilərsiniz. Tərcüməçilərimiz tərcümənin yüksək keyfiyyətini təmin edəcək və qlobal səviyyədə uğur qazanmağınıza kömək etmək üçün məhsullarınıza dair məlumatları hədəf dilə uyğunlaşdıracaqdır.

    Texniki tərcümə mətnləri nümunələrinə aşağıdakılar daxildir:

• Təlimatların tərcüməsi;

• Standart istismar təlimatlarının tərcüməsi;

• Elmi məqalələrin tərcüməsi;

• Quraşdırma, istismar, texniki xidmət və istifadəçi təlimatlarının tərcüməsi;

• Patentlərin və patent müraciətlərinin tərcüməsi;

• Texniki təsvirlərin tərcüməsi;

• Mühəndislik spesifikasiyalarının və dərsliklərin tərcüməsi;

• Təhlükəsizlik vərəqlərinin tərcüməsi;

• Vəsaitlərin tərcüməsi;

• İstifadəçi təlimatlarının tərcüməsi;

• Elektron vəsaitlərin və təlimatların tərcüməsi.

Interested in the service "Texniki tərcümə"?

Fill out the form and our staff will contact you shortly