Tibbi və əczaçılıq materiallarının tərcüməsi
“Baku Translation” şirkəti tibbi və əczaçılıq mövzusunda tərcümələr üçün bir çox səhiyyə müəssisələri və mütəxəssisləri, həmçinin əczaçılıq şirkətləri ilə işləyir. Tibbi tərcümə adi tərcümə deyil, bu, elmi və ya texniki tərcümələr kateqoriyasına daxildir. Tibbi tərcümə dəqiqlik tələb edir.
“Baku Translation” şirkətində tibbi tərcüməçilər sözlərin hədəf dildəki ekvivalentlərini tapmaq üçün terminoloji araşdırmalar aparırlar. Tibbi tərcüməçilərimiz mümkün olan ən dəqiq tərcüməni təmin etmək üçün bütün tələblərə cavab verirlər. Mənbə dildə olan sənədin keyfiyyəti də böyük əhəmiyyət kəsb edir, çünki bu, tərcümənin keyfiyyətinə təsir göstərir.
Əczaçılıq şirkətləri, klinik tədqiqatlar aparan təşkilatlar, tibbi və cərrahi cihazların istehsalçıları, səhiyyə sahəsində məsul şəxslər hər zaman özlərinin ən həssas sənədləri və dəyərli məlumatları üçün aydın və dəqiq tərcümə əldə etmək istəyirlər. “Baku Translation” şirkətində tibbi və əczaçılıq terminləri və anlayışları üzrə yüksək təcrübəyə malik peşəkar tərcüməçilər fəaliyyət göstərirlər.
Tibbi və əczaçılıq mətnlərinin nümunələrinə aşağıdakılar daxildir:
• Tibbi təlim sənədlərinin tərcüməsi;
• Dərmanların istifadə vərəqlərinin tərcüməsi;
• Tibbi vəsaitlərin tərcüməsi;
• Tibbi mətnlərinin tərcüməsi;
• Klinik sınaqların və tədqiqat sənədlərinin tərcüməsi;
• Klinik hesabatların tərcüməsi;
• Tibbi testlərin nəticələrinin tərcüməsi;
• Xəstəlik tarixçələrinin tərcüməsi;
• Tibbi saytların tərcüməsi;
• Tibbi broşüraların tərcüməsi;
• İstifadəçi təlimatlarının tərcüməsi;
• Məhsul təqdimatlarının tərcüməsi;
• Klinik sınaqların tərcüməsi;
• Kataloqların tərcüməsi;
• Tibbi arayışların tərcüməsi;
• Tibbi hesabatların tərcüməsi;
• Tibbi jurnallar üçün məqalələrin tərcüməsi;
• Reseptlərin tərcüməsi;
• Tibbi kitabların tərcüməsi;
• Dərman paketlərinin və məlumat materiallarının tərcüməsi;
• Tibbi nəşrlərin tərcüməsi;
• Elmi məqalələrin tərcüməsi;
• Klinik tədqiqatların nəticələrinin tərcüməsi;
• Əczaçılıq sınaqlarının hesabatlarının tərcüməsi.